📱

Get Our Mobile App

Take your business learning on the go!

Download on the App StoreGet it on Google Play

Xırdalandan Kosmik Stansiyaya Dalğa - Elgün Həsənov ilə | Bir Bit Söhbət

Technote1:30:10

Transcription

Dostlar, salam və hər zaman ki, hər vaxtınız xeyir olsun. Bir bit söhbət buraxılışının üçüncü bitində hər birinizi xoş gördük. Azl ekskluziv təqdimatında bizim yayımları izləyirsiniz. Və bu dəfə də söz verdiyim kimi, üzdə olmayıb, amma arxada çox iş görən bir nəfəri dəvət eləmişəm. Uzun illərdir tanışlığımız var. Elektronika sahəsində çalışır. Elektronika mühəndisi kimi qeyd edəcəyəm. Amma daha doğrusunu özü təqdim edəcək. Həqiqətən çox maraqlı işlər var. İstəsəniz, Apple podcastdan və yaxud da ki, Spotify-dan bizi dinləyə bilərsiniz və yaxud da ki, YouTubedan canlı formada, indi izlədiyiniz kimi izləmək mümkündür.

Elgün Həsənov, Elgün, xoş gəlmisən. Xoş gördük bir bitdə. Bu gün ümid edirəm ki, maraqlı bir söhbət alınacaq. İlk olaraq elə ondan başlayaq ki, özünü təqdim elə izləyicilərimizə.

Salam Fərid. Çox sağol dəvətinə görə, təşəkkür edirəm. Mən Elgün Həsənov, elektronika mühəndisi, təlimçi, elektronika mühəndisliyi üzrə təlimçi, radiohəvəskar və eyni zamanda Azərbaycan Radio Həvəzkarlar Cəmiyyətinin qurucularından biri.

Elgün, elektronika mühəndisi deyəndə nə başa düşülür? Yəni izləyicilərə tam aydın deyil. Yəni bizi izləyən ola bilər ki, texniki insanlar olmasın. Yəni elektronika mühəndisi, yəqin ki, sənin ətrafında hansısa bir təfəli gətirib düzəltdirmək istəyənlərsə olur. Uşaqlıqdan çoxalıb, nə işi görürsən? Yəni elektronika mühəndisi olan bir adam, o mühəndis nə işi görür?

Ümumiyyətlə, Azərbaycanda elektronika bazarında, elektronika bazarında demək, elektronika camiəsində fərqli sahələr üzrə fəaliyyət göstərənlər var. Amma əsas iki hissəyə bölmək olar: təmir üzrə, elektron cihazların təmiri üzrə və elektron cihazlarının layihələndirilməsi və istehsalı üzrə. Mən daha çox layihələndirmə və istehsal istiqamətində fəaliyyət göstərirəm. Yəni sıfırdan öz cihazlarımızı dizayn edirik. Onların sxemini, proqram təminatını, cihazların plata dizaynı, çap lövhəsi deyirlər Azərbaycanda, onun dizaynını dediyimizə, bəli, bəli. Onların istehsalını, kütləvi istehsalının təşkili və sair. Bax bu işlərlə məşğul oluram mən daha çox.

Okey, Elgün, məncə aydındır yəni nə işi gördüyün, harda çalışdığın. Mən əsas müzakirələrimizə başlamaq istəyirəm. Çünki texnologiya sahəsində böyük miflər var. Xüsusən də elektromaqnit dalğaları ilə bağlı və sən də həvəskar radio dalğa mütəxəssis olaraq, onu necə adlandırırsan bilmirəm tam olaraq, bayaq qeyd elədin həvəskar necə?

Radio Həvəskar. Radio Həvəskar.

Radio Həvəskar olaraq, ümid edirəm ki, bu növbəti dəqiqələrdə mənə maraqlı olan suallara, izləyicilərimizə də maraqlı olan suallara cavab tapa biləcəyik. Ümumiyyətlə, insanlarda radiodalğalara qarşı böyük bir xof var, qorxu var. Bəlkə də görə bilmədikləri bir şey olduğundan dolayı belədir. Amma halbuki radio dalğalar həyatımızın hər yerində var. Yəni smartfonlarda olsun, rabitə cihazlarında olsun, hər yerdə biz radiodalğa rast gəlirik. Ümumiyyətlə, sən bu radio dalğa terminini, anlayışını necə izah edə bilərsən ki, adi bir istifadəçi bunu başa düşsün?

Maraqlıdır. Mümkün qədər sadə danışmağa çalışacam. Ümumiyyətlə, mən 10 ildən çoxdur, 2012-ci ildən peşəkar olaraq elektronika sahəsində fəaliyyət göstərməyə başlamışam. 13 il təxminən. Və son üç-dörd ildə isə elektronikanın radiotexnika istiqamətinə yönəlmişəm. Bu mənim üçün çox maraqlı sahədir və burda hal-hazırda yeni öyrəndiyim şeylər, mövzular daha çoxdur. Ona görə mən, ümumiyyətlə, mən öyrənməyi sevdiyim üçün, burda da yeni şeylər çox olduğu üçün məni daha çox cəlb edir və üç ildən çoxdur ki, həm də lisenziyalı radiohəvəskar kimi fəaliyyət göstərirəm. Burda radiohəvəskar deyəndə Azərbaycan dilində biraz belə çox həll, amma lisenziyalı olduğuna görə, yəni bu bir…

Bəli. …dövlət tərəfindəndir. Ümumiyyətlə, Azərbaycanda və dünyada radio həvəskarlar, radio həvəskarlıq dövlət tərəfindən nəzarət olunan bir fəaliyyətdir. Bu bir hobbidir əslində. Amma elə bir hobbidir ki, təsəvvür edin dövlət tərəfindən lisenziya verilir və hər bir radiohəvəskara çağırış siqnalı, call deyirlər, ayrılır. İndi bu radio həvəskarlıq məsələsinə yenidən qayıdarıq. Əsas suala qayıdır, məncə elə burdan davam edək. Yəni ok, radio həvəskarlıq, bütün dünyada radio həvəzkarlar var və belə bir maraqlı bir anlayış var, bir deyim var: hansı ölkədə texnologiyanın nə qədər inkişaf etdiyini bilmək istəyirsənsə, o ölkədə olan radiohəvəskarların sayına bax. Hələ belə bir metrik də var.

Hə, bəli, bəli, bəli.

Dövlət tərəfindən lisenziya verildiyi üçün sayı da bilmək təbii, nə qədər var bizdə? Bizdə 70 civarı lisenziyalı radiohəvəskar var. Amma onların içində aktiv fəaliyyət göstərən 15-20 nəfər maksimum olar. Və o 70 nəfərə baxsam, bəlkə də akademik səviyyədə olan insanlardır, yoxsa…

Ümumiyyətlə, Radiohəvəskarlığında hər sahədən insanlar var. Offroadla məşğul olan insanlar var. Mühəndislər var, müəllimlər var, həkimlər var, dövlət işçiləri var və sair. Hər sahədən ola bilər. Dünyada hətta krallar olub radio həvəskar, yəni belə məşhurlar çoxdur. Bir az Googleda axtarsanız, çıxacaq. Yəni belə deyək, radio həvəskar olmaq üçün məcbur deyilsiz mühəndis olasınız. Amma hobbi olaraq, bu mühəndislik sahəsində olan bir hobbidir. Amma mühəndislik bilikləri lazımdır da. Yəni bəsit bir insan, məsələn, mən radio həvəskar ola bilərəmmi ya izləyicilərimizdən biri radio həvəskar ola bilərmi? Elə ölkələr var ki, orda 13 yaşından etibarən radiohəvəskar lisenziyası almaq olur. Bayaqkı o məsələni bir dənə fikrimi tamamlayım. O lisenziyalı radiohəvəskar sayına baxaq. Texnoloji inkişafı bilmək istəyiriksə, məndə elguhnasan.com reklam olsa da deyirəm, öz bloqunda. Orda bununla bağlı kiçik bir məqalə paylaşmışam. Orda statistika var. 2010-un International Amateur Radio Union, onun o qurumun deməli paylaşımı var, 2017-ci il statistikası. O statistikaya əsasən birinci yerdə Yaponiya durur. Bir milyon nə qədər radio həvəskar var, indi 2 milyonu keçmiş olar.

Böyük…

Bəli. Bəli, bəli.

Amerikada, Amerikada da onun yarısı qədər olar. O 100 belə statistika, ilk 100 ölkəni göstərir. Çox təəssüf ki, o ilk 100-də yoxuq biz. Və elə bu səbəbdən də biz radio həvəskarlığını inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Və bir neçə il bundan qabaq Azərbaycan Radio Həvəzkarlar Cəmiyyətini qurmuşuq digər radio həvəskar dostlarımızla bir yerdə və bu sahəni daha çox təbliğ etməyə çalışırıq. Bu barədə videolar hazırlayırıq, paylaşımlar edirik, tədbirlər təşkil edirik və sair. Yəni bu həqiqətən də, indi mən statistika dedim. Birinci yerdə Yaponiya, ikinci yerdə Amerika, bil neçənci yerdə, altı-yeddinci yerdə Rusiya və sair belə davam edir. Yəni həqiqətən də baxsaq, bu gün həqiqətən də o texnologiya, texnoloji, texnologiya sahəsində inkişaf etmiş ölkələr ilə radiohəvəskarların sayı uyğun gəlib. Burda elə yeri gəlmişkən Çin, Çini qeyd etmək olar. Son illərdə Çinli radiohəvəskarların sayı, efirdə Çinli radiohəvəskarlar dəhşət çox görünməyə başlayıb. Bu da elə Çində texnologiyanın son dövrlərdə daha da sürətlə inkişaf etdiyinin… əslində çox məntiqli deyil səncə? Çünki texnologiyanın kökünə gedəndə, internetin dərinliyinə gedəndə, yəni radio dalğalara gedib dayanırıq. Yəni bu məlumat transferi olmasa, biz o dalğalarda datanı yükləyib ötürə bilməsək, demək olar ki, günümüzdə olan texnologiyaların çoxunu istifadə edə bilməzdik, əlçatmaz olardı.

Ümumiyyətlə, 100 ildən çoxdur ki, radio var. 100 ildən 120, 130… 195-ci ildə Markoni ilk dəfə radionu kəşf edib. Əlbəttə, bütün hamısını Markoninin adına demək doğru deyil. On vaxta qədər çox alimlər üzərində işləyib. Eyni zamanda da Rusiya tərəfində Popov bu istiqamətdə fəaliyyət göstərib. Və o vaxtdan bu vaxta qədər radio texnologiyalarının inkişafı davam edir və elə o vaxtdan da radio həvəskarların bu radiotexnologiyalarda töhfələri çox olub. Elə birinci radiohəvəskar Markoninin özüdür. Yəni belə deyək, Azərbaycanda Azərbaycan dilində radio həvəskar bir az belə kimi görünsə də, qeyri-peşəkar səslənir.

Hə. Radio Həvəskar.

Bəzi hətta, mən bəzi televiziyalarda intervyu eşitmişəm bizim dostlarımızın radio həvəskarlıqla bağlı intervyularını və orda aparıcılar, bizim radiohəvəskar dostumuz dəfələrlə məsələni izah etməyə çalışsa da, ordakı aparıcılar son olaraq, mən belə başa düşdüm ki, yəni onların danışığından belə başa düşdüm ki, onlar elə bilir ki, radio həvəskarlıq radio dinləməyi sevən adam deməkdir. Bu qədər bəsitləşdirdilər məsələni. Təsəvvür edin. Bunun üçün cəmiyyət qurulub. Radio Həvəskarları Cəmiyyəti, yəni televiziya həvəskarları cəmiyyəti…

Bəli.

Radio həvəskarlığın əsas fəlsəfəsi yaradıcılıqdır. Yəni sən özün sıfırdan öz radioqəbuledicini düzəldirsən, öz antenlərini düzəldirsən. Hətta deyərdim ki, radio həvəskarlar hər biri bu sahədə bir tədqiqatçıdır. Mənim evimdə şəraiti görsəniz, iki bina arasında böyük antenlər qurmuşam. Evdə böyük bir radiostansiya qurmuşam. Özümə fərqli tez… belə bir kartı var. İzləyicilərə də göstərim. Bu radio həvəskarların vizit kartı sayılır. Radio həvəskarların vizit kartı, əslində tam olaraq desək, QSL kart deyiri biz buna. QSL kartı üzərində 4K6 ih, bu nədir? Onu radiohəvəskarların dili ilə desək, ingilis dilində məsələn desək, 4 kilo 6 e hotel, yəni d kilo altı e hotel, burda fonetik əlifbadan istifadə olunur. Bütün dünyada bu belədir. Sadəcə biz belə fərqli, dünyanın fərqli ölkələrindən, fərqli dildə insanlarla ünsiyyətdə olduğumuz üçün, o, məsələn, 4k6, 4 kilo 4 k si desək onu efirdə qarşı tərəf dinləyərkən başa düşmür. Ona görə fonetik əlifbadan istifadə edirik. Kilo deyirik, eko deyirik, hotel deyirik, alfa deyirik. Yəqin kinolarda o hərbiçilər tərəfindən o ifadələrin istifadə olunduğunu eşitmisiz, radio ilə danışarkən. Həmin sistemdən istifadə edirik biz də. O üzərində gördüyün o rəqəm, 4 kilo 6 e hotel. Bu çağırış siqnalı deyirlər Azərbaycanda buna. İngilis dilində call sign. Rus dilində də pozovnoy deyirlər buna. Hər bir radiohəvəskarın öz unikal çağırış siqnalı olur. Və bütün dünyadan radio həvəskarlar bir-birini o çağırış siqnalı ilə tanıyırlar. Və məsələn, for kilo və ya eşidə bilərsiz for juliet. Bu prefiksdir. Azərbaycanın prefiksidir. 4k ilə başlayan, ümumiyyətlə 994 kimi ölkə kodu olduğu kimi bizim belə radio kodumuz var. Bu həmçinin hava, deməli təyyarələrin də quyruğunda fikir verirsən 4K yazılır. Bu Azərbaycanın prefiksidir. Başqa ölkələrin də, məsələn, Tqo alfa, Tqo bravo, bunlar Türkiyənin prefiksidir. Başqa ölkələrdə məsələn, siera, Papa, SP ilə başlayır. Məsələn, Polşada və sufiks isə…

Bəli. …dövlət tərəfindən verilir. Sufiksdir. Sonrası isə sufiksdir. Məsələn, altı Bakı, Abşeron yarımadasını göstərir. Beş Naxçıvanı göstərir. Üç…

Bəli, bölgələrə bölünür.

Bölgələrə görə bölünür o. Ekohotel isə Elgün Həsənov. Boş, o hərflər boşda olduğu üçün mən götürə bildim. Yəni o da yəqin ki, böyük ehtimal boşda olacaq. Çünki Azərbaycanda o qədər radio… amma məsələn, başqa ölkələrdə o ehtimal çoxalır. İndi hər o orda çalışır, imkan varsa götürürlər. O ma… maşın nömrəsi kimi qoşa nömrə filan götürürlər.

Bəli, bəli, bəli.

Məsələn, burda belə bir var ki, bir neçə ildən sonra mən bir hərf azalda bilərəm. O təcrübə artdıqca, bu baş verir elə.

Hə, hə.

Amma çox vaxt bizim radiohəvəskar dostlarımız o hərf, məsələn elə adamlar var ki, üç hərflidir. Sonunda üç hərf var, amma onu silmir. Niyə? Çünki ilk aldığın bir çağırış siqnalıdır və sən onunla tanınırsan artıq dünyada. Ona görə bu QSL karta qayıtsaq, QSL kart radio həvəskarlar bir-biri ilə rabitə keçirdikdən sonra ki, bu rabitələrin də məqsədi əsas, yəni fəlsəfəsi budur ki, siz öz radiostansiyalarınızı, öz antenlərinizi, atmosfer şərtlərini və sair test etmək üçün edirsiz o rabitələri bir-birinizlə bütün dünyada. Və siz rabitəni ki, tamamladıqdan sonra bir-birinizə raport verirsiniz, siqnalınızı qiymətləndirirsiz. Onları QSL kartın üzərində qeyd edirsiniz. Məsələn, mən sizlə rabitə keçirdim. Yazıram sizin çağırışınızı, yazıram, raportu yazıram və poçtla sizin ünvana. Mənim QSL kartım çatandan sonra siz də öz QSL kartınızı mənə göndərirsiniz. Bu şəkildə QSL kartlar… Bu belə, bu community mədəniyyətidir də.

Bəli, tamamilə doğrudur.

Və bu bir ənənədir. 100 ildən çoxdur ki, bu ənənə davam edir. Və QSL kart kolleksiya ədədləri də var. Elə radiohəvəskarlar var ki, minlərlə QSL kartı var. Müxtəlif ölkələr. Yaponiyadan gəlib, Avropanın müxtəlif ölkələrindən gəlib. Hətta girib eBay-də yazsanız QSL kart. Orda 50 illik, 60 illik, 30 illik QSL kartlar var ki, sahibi dünyasını dəyişib. Amma o QSL kartlar satışdadır. Yəni 5 dollar, 10 dollar, 100 dollara kimi fərqli qiymətlər. Bu arada rəhmətə gedən insanlar şeylərə isə, radiohəvəskarlara isə Silent Key deyirlər. Yəni susmuş açar. Əslində gəl birinci şeyi izah edək. Yəni radio dalğa nədir? Yəni tam aydın olsun. Dəyişən cərəyan var. Sabit cərəyan var. Dəyişən cərəyan. Sabit cərəyanı qısaca tərif etmək istəyirəm. Sabit cərəyan budur ki, cərəyan, yəni onun elektrik cərəyanın digər bir vahidi də voltdur, gərginlik. Zaman keçdikcə, sabit cərəyan keçdikcə qiymət və istiqamət dəyişmir. Yəni beş voltluq bir cərəyan, birinci saniyə, ikinci saniyə, üçüncü saniyə dəyişmir. 5 volt olaraq qalır. Məsələn, kompüterin USB portda ki, gərginlik. Bir də var dəyişən cərəyan. Zaman keçdikcə istiqaməti və qiyməti dəyişər, davamlı olaraq. Bir sinus təsəvvür edin, davamlı olaraq artır, azalır. Eyni zamanda da qrafikin aşağısına düşür. Yəni istiqaməti dəyişir. E… bəli, istifadə etdiyimiz cərəyan…

Bəli.

…orda dəyişən cərəyan, istifadə etdiyimiz elektrik şəbəkəsində istifadə etdiyimiz cərəyan. Cərəyanın iki parametri var əsas. Bir onun gərginliyi, bunu hamı bilir, 220 volt. Digəri isə onun yanında çox vaxt gördüyünüz 50 Hz. Bunu digər ekran texnologiyalarında da eşitmiş olarsınız. 60 Hz, 50 Hz və sair. 50 Hz, bu o, buna deyirlər tezlik. Zaman keçdikcə o rəqslər, siqnal ki dəyişir, o dəyişən cərəyana dediyimiz o dəyişmə, o rəqs…

Hə, o rəqs, yəni nə qədər bir saniyədə nə qədər çox istiqaməti və qiyməti dəyişirsə siqnalın, o zaman tezlik artmış olur.

Bəli, tezlik artmış olur. Aşağı tezlik və indi bax bu əsas maraqlı hissəsi budur: dəyişən cərəyan və tezliklər. Fərqli tezlikdə elektrik cərəyanları var. Şəbəkəmizdə 50 Hz-dir, bu standartdır. Bəzi ölkələrdə də 60…

Bəli.

…bu da o ölkələrin standartıdır. Amma budur 50 və 60 Hz. Amma daha yuxarı tezliklər varmı? Bəli, var. Məsələn, bir az daha yuxarı tez… məsələn, dəyişən cərəyan mühərrikinə dəyişən cərəyan mənbəyini qoşsanız, o başlayır o tezliyə uyğun, 50 Hz tezliyinə uyğun şəkildə motor müəyyən sürətlə fırlanır. Siz əgər tezliyi bir şəkildə nə eləsəniz artıra bilsəniz, əvvəllər bu biraz çətin idi, amma indiki dövrdə inverter deyilən cihazlar var və ya variable frequency driver, dəyişən tezlik sürücüsü. Onunla sürəti, tezliyi artıra bilirsiniz. Tezlik artdıqca, motorun sürətini artırırsınız. Artır, motorun sürəti artır. Yəni bu tezliyi dəyişmək mümkündür. 50 Hz yox, 50 Hz alıb onu 100 Hz-ə də qaldırırsınız.

Bəli.

Yəni elektron cihazlar var ki, onlarla fərqli tezlikdə siqnallar əldə edə bilirsiniz, cərəyanlar əldə edə bilirsiniz. İndi gəlirik yavaş-yavaş. Tezlik artır. Hara qədər bu artır? Yəni okey, 100 Hz, 1000 Hz oldu 1 kHz, 1500 Hz, 1,5 kHz. Deməli, 1000 kHz oldu 1 meqahertz. 1000 meqahertz oldu bir qiqahertz. Teraherzlərə kimi gedir çıxır bu tezliklər. Yəni təməli nə idi? Dəyişən cərəyan, kökü yaddan çıxmasın. Siqnalın, sinusun, cərəyanın davamlı olaraq istiqamətin və qiymətin dəyişməsi. Hamısının kökü ordan gəlir. Var elektromaqnit spektr. Bu sözü eşitmiş olarsan yəqin ki, elektromaqnit spektr. Bax, elektromaqnit spektr elə o 50 hertz aşağı tezliklərdən başlayır, qalxa-qalxa gedir hertzlərə, teraherzlərə kimi gedir. O spektra baxsaq, o spektr, mərhələ, siqnal ki döyünür, o dəyişir davamlı olaraq, müəyyən bir həddə çatandan sonra o artıq radiasiya, yəni yayıla bilir havada, yayıla bilir o artıq. Məsələn, bir parça naqil götürürsünüz. Naqil, anten özü bir naqildir.

Bəli.

Və yüksək tezliklə bir siqnal generatorunu, siqnal generasiya edən bir cihazı, o siqnal dediyimiz artıq o dəyişən cərəyana siqnal deyirik.

Bəli.

O siqnalı əgər o naqilə qoşsanız, o başlayır ətrafa yayılmağa. Bir neçə metr o tərəfdə bir qəbuledici ilə onu dinləyə bilərsiz. Deməli, antenlərin də özünün standart ölçüləri olur. Hər tezliyə görə öz antenləri olur. Artıq başladı. Deməli, müəyyən… insan qulağı eşidə bilir 20 kHz-ə qədər. Bu səs diapazonudur. Aşağı tezliklərdir. İnsan qulağı 20 kHz-ə qədər eşidə bilir. Məsələn, heyvanları müqayisə edəsək, itin qulağı 40 kHz-ə qədər eşidə bilir. Bu eşitmə diapazonudur, səs diapazonudur. Burdan yuxarı qalxdıqca artıq radio diapazona gəlir, çatır. O NASA-nın maraqlı… əslində radio spektrum yazsanız, fərqli şəkillər çıxır orda. Artıq o səs tezliklərindən yuxarı qalxdıqca radio diapazona gəlir. Yəni bayaq dediyim, havada yayıla bilən siqnallar. Burda artıq başlayır, adlandırılır terminoloji olaraq. Məsəl üçün, low frequency, aşağı, medium frequency, orta tezliklər gəlir. Ondan sonra məsələn, high frequency… onlar X-rayə falan qədər gedir çıxır da. Səhv eləmirəm. X-ray falan…

Bəli. Bəli.

Mən də ora kimi gedirəm. HF diapazonu bu gün nisbətən az istifadə olunsa da, radiohəvəskarlar tərəfindən çox istifadə olunur. HF, yəni high frequency. Bundan sonra deyəcəklərimi çox adam eşidib. HF dediyimiz kimi, high frequency. Bu əhatə edir 1 meqahertz-dən 30 meqahertzə qədər olan aralığı. Ondan sonra gəlir artıq VHF. Yəni very high frequency. Mikro dalğalar hansındadır?

Çox yuxarıdadır. Yuxarıda da. Hə. Məqsədim var bunları deməkdə, məqsədim var. Very high frequency. Bu hansı diapazondur? Televiziya yayımında istifadə olunur. Bildiyimiz FM broadcasting var, dinlədiyimiz. 88 meqahertz-dən 108 meqahertzə qədər olan aralıq, radio ki dinləyirik maşında, evdə. Həmin o radio yayımları VHF diapazonuna düşür. VHF bandına düşür. Very high frequency-ə düşür.

Bəli.

Ondan biraz daha yuxarı, məsələn 400-lərə gəlib çatanda, orda artıq UHF, ultra high frequencydir. Ultra high frequency-də, məsələn, mühafizə radioları… hə, əslində VHF-də də işləyən radiolar var, amma yəni çox gördüyümüz, məsələn, ofisiantlar istifadə edir, ya mühafizəçilər istifadə edir. DMR tipli əl radioları deyirlər onlara. Onlar 4… 446 meqahertz də işləyir. Məsələn, UHF diapazonu, ultra high frequency. Mobil telefonlar 800 meqahertz-dən istifadə edir, 900 meqahertz-dən istifadə edir, 1800 meqahertz-dən…

Bəli.

…bu da ultra… ultra high frequency-dir. Deməli, 800, 900, 1800, 1900, operatorların istifadə etdiyi, zaman artıq fikir versən 1800-dən sonra, deməli 800 MHz var, 900 MHz var. Sonra artıq 1800 MHz dedim. 1800 MHz-ə başqa nə deyə bilərik? Çox uzaqlaşdım. 1800 MHz-ə başqa nə deyə bilərik? 1,8 GHz. Tezlik artdıqca daha çox antena lazım olur?

Xeyr, antenin ölçüləri kiçilir. Ölçüləri kiçilir.

Hə, bu birmənalıdır. Bəs məsafəsi, yaxınlaşması, uzağa göndərmə qabiliyyəti…

Hə, məsələn, mən bildiyim qədərə, 5G texnologiyasında daha çox, daha yaxın yerləşdirilməlidir.

Bəli, daha yaxın məsafələr.

Onun da səbəbi var əslində. Yəni niyə yaxın… dalğa boyu kiçilir belə məntiqlə, yoxsa dalğa boyu kiçilir?

Bəli, tezlik artdıqca dalğa boyu kiçilir. Amma burda məsələ budur ki, o tezlikdə siqnallar, daş, divar, ağac hamısı maneədir onun üçün. Yəni o, o maneələri keçə bilmir o tezlik. O maneəni keçə bilmədiyi üçün binanın bu tərəfinə birini qoymalısan, birini də o tərəfinə qoymalısan. Məcbur. Təpənin o tərəfinə keçə bilmir o tezliklər. Ona görə təpələrin üstündə daha yüksək yerləşdirirlər, orda güc məsələsi var. Məsələn, kənd yerlərində belə açıq ərazilərdə, həyət evləri olan yerlərdə böyük əraziyə xidmət göstərən bir verici, bir baza stansiyası qoyulur. Daha geniş əhatə dairəsi olur onun. Niyə daha geniş olur? Çünki gücü, vericinin gücü çox olur orda. Belə deyək də, orda vericilər, ümumiyyətlə mobil rabitədə vericilər, vericilərin maksimal gücü 80 vata qədərdir. 80 vata qədərdir. Və amma deyim ki, mən evdə istifadə edirəm, öz otağımda. İndi zərərinə baxasaq olsaq, indi o barədə də danışaq yenə. Mənim evimdə öz vericim var, 100 vatdır çıxış gücü. Yəni bir kəs ki, narahat ol, ev üçün güclüdür məncə. Ev üçün kifayət qədər… baza stansiyası təsəvvür edin, mobil baza stansiyası ən güclüsü 80 vatt. Sən evində baza stansiyası qurmusan.

Bəli, mən evdə qurmuşam, amma mənim evdəki o 100 vatlıq vericimin tezlik diapazonu aşağıdır. High frequency-dədir. Sən çünki radio dalğa üçün istifadə edirsən. Amma eyni zamanda biz, məsələn, UHF

Siz qaçmağa çalışsanız da, qaça bilməyəcəksiz; onların təsirinə məruz qalacaqsınız. Amma onların hamısı standartları var. Birazdan yəqin buna gələcəyik.

Və bundan yuxarıya doğru, bundan yuxarı biz dedik, harda dedik? Günəşdən gələn şüaları deyirdin. Günəşdən gələn şüalar infraqırmızıdan ultra bənövşəyə və daha bizim gördüyümüzdür. Ondan daha çox olanı var. Bəs yaxşı, onlar niyə bizi məhv eləmir? Kosmik şüalar da var. Ora gəlirik birazdan. Çünki yerin ionosfer təbəqəsi onların qarşısını alır və digər qatlardan keçərkən bir çox elektromaqnit dalğaları gəlib yerə çatmır. Bəli. Gəlib yerə çatmır. Bu da bizim bəxtimizin gətirməkidir. Ona görə də sağ-salamat yer üzündə yaşayırıq, hələ ki. Amma ionosfer bizim üçün çox vacibdir. İnsanlıq üçün çox vacibdir. Radiohəvəskarlar üçün də ionosfer çox vacibdir. Birazdan indi yeri gəlir, ona da toxunarıq. Yonosfer qatı radio həvəskarlar üçün, uşaqlara görək hara gedirik, qalxırıq, hə ionosfer qatı radio həvəskarlar üçün, hamı üçün əslində, yəni radio rabitədən istifadə edən hər kəs üçün ionosfer qatı müftə, pulsuz peykdir sanki; radio siqnallarını əks etdirə bilir. Ondan sonra danışarıq yenə, vaxtımız qalsa. Qalxırıq, visible dedik, ultrabənövşəyi ilə bitir. Bu ultrabənövşəyi artıq ziyanını, öz təsirini insana göstərməyə başlayır.

Elektrik qaynaq prosesi ki var, svarka dediyimiz, bax həmin orda fərqli elektromaqnit dalğaları yayılır. O cümlədən ultrabənövşəyi şüalar da yayılır orda. Görmürük ultrabənövşəyi şüanı, onda gözüm svarkaya düşdü deməyin elmi əsası gözünə ultrabənövşəyi şüa gəldi, dəydi, bəli, elədir ki, var. Elə o ultrabənövşəyi şüalardan bəzi mikrobları, bakteriyaları da məhv edirlər; o tibbdə istifadə olunur. Ona da baxmaq olmaz. Məsələn, otağı təmizləyərkən, o ultrabənövşəyi lampa yanan otağa girmirsiniz. Orda proses bitəndən sonra siz ora keçə bilərsiz.

Ultra bənövşəyi şüalardan sonra artıq üzü yuxarı X-ray gəlir. Bildiyimiz rentgen şüaları. Bu rentgen şüaları artıq iyonlaşdıra biləndir. Bayaq danışdığımız kimi, o molekulyar quruluşu dəyişir. Dəyişə bilir. Bəli. O insan hüceyrələrinə öz təsirini göstərir. Ciddi şəkildə təsirini göstərir ki, onun da atası deməyəcəyik, anası səhv eləmirsə Mariya Kür idi. Aləmi Mariya Kür ki, onun elmi yazıları, qeydləri, dəftərləri, əşyaları bu gün xüsusi mühafizə olunan, belə deyək də, otaqlarda, qutularda saxlanır. Hələ də orda radiasiya var. O kağızlarda, o dəftərdə, qeydlərdə və istifadə etdiyi əşyalarda o radiasiya hələ də var. Rentgen şüaları. Bəli. Ondan sonra yə, bu səbəbdəndir. Elə ona görə ki, rentgen otaqlarının hafizəsi daha yaxşı olur. Həkimlər o uşaqlardan kənarda qalırlar və yaxud orda fikir versənizsə, örtükdən istifadə edirlər. Eyni otaqda olmur. İndi əvvəllər, məsələn, yəqin ki, orta məktəbdə sən də yoxlamaya filan gedibsən, rentgen yoxlamasına. [Musiqi] Örtük olur. Həkim o örtüyün arxasında olur. Yəni metal örtüyün arxasında olur. Amma indiki o müasir xəstəxanalarda heç otaqda olmur. Otaqda olmur. Ümumiyyətlə, kənar otaqda olur. Bəli. Kənar otaqda olur. Və orda da fikir versəniz, hamilə qadınlara giriş qadağandır və sair. Orda qeydlər olur ki, daha təhlükəsiz olsun. Bu rentgen şüalarıdır.

Rentgen şüalarından sonra, yəni X-ray dediyimiz, ondan sonra qamma şüaları gəlir və ondan sonra da kosmik şüalar gəlir. Hətta maraqlı bir dənə deyim. Kosmosda kosmonavtlar niyə skafandrda olur? Birinci ağla gələnlərdən biri budur ki, orda hava yoxdur. Nəfəs ala bilmir. Onun vasitəsilə nəfəs alır. Əslində, kosmik şüalardan qorunurlar. Bəli. Həm əsas kosmik şüalardan qoruyur. Skafandrından çıxsa kosmonavt, nəfəs havasızlıqdan əvvəl radiasiyadan məhv olacaq. Yəni o qədər güclü təsir edəcək ki, havasız. Radiasiya onsuz onu məhv edəcək. Bəli, radiasiya daha tez məhv edəcək. Maraqlıdır. Belə, kosmik şüalar artıq spektrumumuzun sonudur. Yəni bundan o yana qalxa bilmirik artıq. Kosmik dalğalardır. Onlar da ki, çox gəlib çatmır. Qamma da elə o kosmikdən bir əvvəlki. Hə. Və bunların hamısı da bu arada kosmosda var ha. Sadəcə hamısı var. Sadəcə ionosferi keçib yerə gələ bilmirlər artıq onlar. Yerin ionosfer qatını keçib gələ bilmir. Yəni təbii bir qoruyucu örtüyümüz var. Təbii bir qalxanımız var. Onun hesabına qorunuruq.

Elgün, məncə kifayət qədər izah elədin. Yəni bu radiodalğa anlayışını spektrlərə qədər toxunduq. İnsanları həmişə maraqlandıran bir sual. Əslində bu müzakirə ərzində bunu danışdıq. Hansı həddə qədər yəni icazə veriləndir? Yəni qlobal normalar var ki, yəni bu həddən sonra məsələn insan sağlamlığına zərər göstərə bilər də. Biz o həddin harasındayıq? Yəni texnoloji olaraq indiki dövrdə. Yəni 5G konspiroloji olaraq çox müzakirə olundu ki, insan sağlamlığına ciddi zərərdir. Sən indi deyirsən, evində 100 vatlıq bir çıxışı olan verici saxlayırsan. Yəni sənin ki bir elektronika mühəndisi, yəni ailənin yaşadığı bir yerdə, yəqin ki, ağılsız olmalısan ki, bilə-bilə zərərli olanı orda saxlayasan da. Hə. Deməli, nəsə bilirsən ki, saxlayırsan. O nəsəni bizlə də bölüş ki, yəni izləyənlərdə də bir rahatlıq yaransın. Bu standartlar nə deyir bizə? Ümumiyyətlə, insan səhhətinə ziyanlı olan hissəni danışdıq, hardan idi? Ultabənövşəyidan etibarən özümüz görə bilirik ziyanını. Bəli. Yəni ultrabənövşəyi faktiki olaraq görürük; getdin günün altında dayan, getdin günün altında dayan, dərin məhv elədi. Xərçəngə belə gətirib çıxara bilir. O günün altında çox qalmaq. Günəş şüalarına birbaşa məruz qalmaq. Niyə ordakı ultrabənövşəyi şüaların zərəri bu baş verir? Daha yuxarısı isə, məsələn, Çernobil kinosunu məsələn xatırlatmaq istəyərdim, yəqin ki, tarixi olaraq hamı bilsə də, çox adam bilsə də, vizual olaraq da filmdən bir çox şeyi orda müşahidə elədik ki, mənim bir dostumuzun atası elə ordakı o xilasetmə komandasında iştirakçılardan biri olub. Azərbaycanda Çernobildə iştirak etmiş çox adam olub və həmçinin orda o xilasetmə işlərində də çox iştirak edənlər olub və o kinoya baxandan sonra, dostumuzun atası baxandan sonra dedi ki, düzdür, orda mübahisəli söhbətlər də var idi. Yəqin ki, yadındadır, kino çıxandan sonra ortaya çıxdı. Amma çox əsasən kinodakı demək olar hər həqiqəti əks etdirirdi. O da elə canlı şahid idi və dedi orda da yəni nüvə radiasiyası. Bəli, orda da artıq səhv etmirəmsə, qamma, X-ray və üzü yuxarı qamma şüaları olur və zərərinin də insanlara göz qabağında necə olduğu məlumdur. Bəli. Bunlar gözlə, bayaqki müzakirə elədik. Yəni bir var elmi əsaslara, elmi faktlara əsaslanasan. Gözlə gördüyün şeylər. Bəli, bunlar gözlə gördüyümüz şeylərdir. Elə ultrabənövşəyidən etibarən. Digərləri isə nəticəsini görə bilmirik. Yəni məsələn burda danışırıq, telefonu qulağımıza tuturuq. İndi neçənci sinif, mən 2000, ilk telefonum 2004-2005-ci illərdən telefon istifadə edibəm, baş qulağım. Bəli. Qulağımızın dibindədir. 20 ildir istifadə edirik, qulağımıza tutaraq danışırıq. Yəni ən həssas bölgəmizə yaxın yerdə tutub danışırıq bunu. Və bu günə qədər yəni bir zərərini mən görməmişəm. Özüm heç olmasa 20 ilə bir qulağımızda nəsə bir dəyişiklik baş vermək. İkisindən birində fərq olardı. Odur ki, müşahidə edə bilmirik. Heç nəyi müşahidə edə bilmirik. Amma konspiroloji məsələlər. Düzmü ifadə elədim? Bəli. Konspirologiyada, konspirologiyada bu bir bəhanədir. Bu şeydir, yaxşı bir bəhanədir. İnsanların çoxu da buna inanır. Elə mənim YouTube kanalımda da bununla bağlı bir neçə video var və altında yazılan kommentləri bir dəfə oxumuşam, bəhs eləyib. Yəni ikinci dəfə oxumaq istəmirəm orda yazılanları. Və aşağı düşsək, yəni bildik. Bəli. Ultrabənövşəyi, elektromaqnit dalğaları insana gözlə görünür ki, ziyandır. Amma aşağıları sübut edə bilmirik. Amma bununla bağlı da elmi araşdırmalar elə radionun yarandığı gündən demək olar ki, başlayıb. Bu elmi tədqiqatlar, araşdırmalar aparılır. Bu gün də davam edir. Bu günə qədər də bunun insan səhhətinə olan təsirləri davamlı olaraq araşdırılır və ciddi bir təsir görülməyib bu günə qədər. Buna rəğmən standartlar tətbiq olunub və orda o, belə deyək də, bayaq qeyd elədim onu, insana olan təsirini ölçmək demək olar ki, mümkün deyil. Amma ona görə də onunla bağlı müəyyən standartlar var. Ümumi çəkiyə yayılan çəki tərəfindən, məsələn, mən 50 deyirəm, 80 kq, 80 kiloqramlıq bir insanın ümumi bütün həcm boyunca udduğu elektromaqnit dalğaların miqdarı göstəricisi deyilən bir dəyər var; smartfonlarda elə o udma dəyəri kimi hesablanır radiasiyanın udulma dəyəri bu formada deyir də, onəli bəli, o orda hər kiloqram düşən güc vat hesablanır, olur, hesablanır. Hə, o da onun beynəlxalq standartları var. Ayrıca Avropa standartları var, Amerika standartları var. Və o standartlarla bayaq dediyimi bir dəfə təkrarlayıram. Yəni yuxarı gücün belə ciddi təsiri müşahidə olunmasa da, yenə də standartlar tətbiq olunub və standartlara görə bu güc həddi çox, çox, çox aşağıdır. Deməli, bayaq qeyd elədim, siz o sahədə fəaliyyət göstərən bir mütəxəssis kimi sizin məruz qaldığınız o elektromaqnit dalğaları o sizin səhhətinizə zərərli deyil, o. Amma ona, o mütəxəssisdir də. Hər sahədə işləyən, ona məruz qalan insan. Daim olaraq o şüalanmaya, belə deyək, məruz qalan insan, ona belə ziyanı yoxdur. Faktiki olaraq elmi faktı yoxdur bunun ki, ona zərəri olsun. Amma ehtiyatən, ehtiyat, onun məruz qaldığından da beş qat aşağı digər insanlar məruz qalır gün ərzində. Və xüsusilə də şəhər yerlərində bu vericilərin çıxış gücü, bax fikir verin hələ bu dediyim də ən yüksək güclü vericiyə aid ha, ən yüksək həddinə aiddir. Hə. 60 vatlıq dediyim o ehtiyat limiti, o 60 vatdır. Heç şəhər içində insanların çoxu olduğu yerdə isə o daha aşağı gücdədir. Yəni iki-üç vat, beş vata qədər olur təxminən bu vericilər. Yəni şəhərin içində insanlar daha az məruz qalır ona. Kənd yeri, açıq ərazi, kənddə yox, elə şəhərdə də ola bilər. Bu açıq ərazilərdə, geniş ərazilərdə isə o vericinin gücü çox olsa da, uzaqda dayanır. Yəni bəli, onun təsiri az olur. Bu arada bir dənə də şeyi maraqlı, maraqlıdır. Qeyd edim burda: mobil telefon ilə mobil telefon baza stansiyaya qoşularkən, yəni zəng gələrkən böyük güc, iki vata qədər. Hə, güc yayılır ordan. O da çox azdır ha. Yəni iki vat çox elə bir ciddi bir güc deyil. İki vata qədər gücü olur baza stansiyaya qoşulma anında. O rabitə ki təmin olundu, artıq danışmağa başlayırsan, onda rabitənin etibarlı olması şərtilə minimuma endirir. Loru dildə desək, dalğanı tutandan sonra o dalğadan datanı göndərir. Bəli. Bəli. Salır aşağı gücü. Bu daha da ziyanı var idisə belə yoxdur. Var idisə belə, minimuma endirir yenə. Və təbii ki, bu batareyanın da ömrünü uzadır. Yəni qısacası belə deyə bilərik ki, elm və tibb bu mövzuda ehtiyatlı davranır. Çox ciddi və ehtiyatlı davran, ehtiyatlı davranır. Öz işini görür. Yəni minimal hədlərdə saxlayır ki, əgər gələcəkdə bu elmi araşdırmaları nəticəsində onlar bir vədə gəlsələr ki, bir nəticəyə gəlsək ki, həqiqətən zərərlidir, bunlar indidən ehtiyatlarını götürsünlər. Amma faktiki olaraq mən düşünürəm ki, hələ də yəni o nəticəyə gəlib çatmayıblar. Düzdür, müəyyən laboratoriyalarda testlər aparılır. Bəzilərini oxumuşdum, hətta siçanları yığırlar bir yerə. Daimi onunla elektromaqnit dalğası göndərirlər üzərinə. Belə testlər çoxdur. Amma faktiki olaraq hazırda sübut olunmayıb ki. Yəni burda həm də bir şeyi qeyd eləmək istəyirəm ki, bu deyə bilərsiz ki, dövlətlər onu istədiyi kimi edir. Amma burda beynəlxalq müstəqil şeylər də var. Bəli. Müstəqil insanlar, müstəqil qurumlar, ekspertlər. Bəli. Də var bu istiqamətdə. Yəni yəni bir də dediyin sənin o müşahidə məsələsi var. Yəni biz illərdir artıq smartfonları istifadə edirik. Evimizdə wifi routerlər var. Evimizə gətirib mikrodalğalı sobalar qoymuşuq. Nə bilim, yəni günəşdən gələn dalğalar var, peyklərdən gələn dalğalar var. Yəni biz dalğanın içində görürük, eşidirik, yaşayırıq. Yəni bu həyatımızın bir parçasıdır. Bunu həyatımızdan çıxarmağımız demək olar ki, mümkünsüzdür. Mümkünsüzdür. Yəni kim istəyər internetsiz bir, sən istəsən də eləyə bilmirsən. Artıq istəsək də eləmək mümkün deyil. Qonşum gətirib ora bir dənə böyük ruter qoyacaq. Bəli. Bəli. Ona görə yəni o komfortdur bizim üçün. Okey. Elgün, məncə bu bura qədər aydındır və kifayət qədər izah elədik. Mən istəyirəm biraz sənin apardığın təcrübələr barəsində danışaq. Son olaraq görmüşdüm ki, kosmik stansiyayla əlaqə yaratmışdın.

Bəli, bu bir həvəskar olaraq, tam olaraq yenə həvəskar demə, lisenziyalı həvəskar ol, radio həvəskar ol. Elə desək daha cəlbedici ol. Nədir bu? Yəni kosmik stansiyaya durduğun yerdə niyə əlaqə yaratdın ki? Bəli, ümumiyyətlə radio həvəskarlar radiotexnologiyaların inkişafında çox ciddi rol oynayır. Bayaq dediyim məsələ, yəni radio həvəskar nə qədər bir ölkədə çoxdursa, orda texnologiya sürətli inkişaf edə bilər. Bəli. Və biz bu spektr dedik bayaqdan, indi X-ray-ə çatmırıq. X-ray-ə qədər olan bütün diapazonda, X-ray-ə qədər, ultrabənövşəyi işıq, görünənə, görünənə qədər. Bəli. Qədər, SHF də dediyim, bayaq saydığımız kimi, LF-dən SHF-ə, SHF-ə qədər olan radio spektrində beynəlxalq band planı var. Tezliklər planı. Bəli. Azərbaycanın da milli tezliklər cədvəli var. O da beynəlxalq standartlara uyğundur. Hətta bununla bağlı qurumumuz var. Radiotezliklər. Bəli. Dövlət radiotezliklər idarəsi var. Daha sonra Rəqəmsal İnkişaf Nazirliyində spektra nəzarət şöbəsi var və sair. Onlar buna nəzarət edirlər Azərbaycanda. Və radio həvəskarlara bu tezlik zolaqlarının hər birində bizim lisenziya ki dedim, verirlər. Lisenziyada hamısı görünür. Deyir ki, bax sənə icazə verilir. Bu tezlikdən bu tezliyə çıxış gücü, bu emissiya növü, yəni şüalanma sinifi filan. Daha sonra gəlir başqa tezlik. Başqa tezlik bizim üçün ayrılıb. Məsələn, deyək ki, 88 MHz-dən 108 MHz-ə qədər dedik, broadcastinq üçün ayrılır. O bölgədə VHF bandında bizim üçün də ayrılıb 144 MHz-dən 146 MHz-ə qədər. Biz ondan kənarda fəaliyyət göstərmirik. Başqaları da orda fəaliyyət göstərmir. Fəaliyyət göstərmək qanun pozuntusudur artıq. Orda biz kənara çıxsaq və ya başqaları ora girsək, UHF diapazonuna gəlsək, UHF diapazonu bizə ayrılıb 430 MHz-dən 440 MHz-ə qədər. Bu arada biz fəaliyyət göstəririk və öz tədqiqatlarımızı, təcrübələrimizi orda apara bilirik. Üzü yuxarı gəlir, GHz-lar hamısından istifadə edirik. Gəldik pake məsələsinə. Daha doğrusu, paketdən qabaq bir dənə bu HF ilə bağlı deyim. HF rabitəsi, HF diapazonu, orda yayılan, yəni o hansı diapazon idi? 1 MHz-dən 30 MHz-ə qədər. Bəli. 1 MHz-dən 30 MHz-ə qədər olan bu radio dalğaların maraqlı bir xüsusiyyəti var. Bu radio dalğaları yerin ionosfer təbəqəsindən əks oluna bilir. Əks olunur. Bəli. Əks olunur. Hara əks olunur? Yerə əks olunur. Elə bil ki, ionosfer qatı bizim üçün bir güzgüdür yuxarıda. Amma bu da günəşin aktivliyindən, yerin maqnit sahəsindən, günün saatından asılı olaraq dəyişir. Ona görə biz 1 MHz-dən 30 MHz-ə qədər günün müxtəlif saatlarında fərqli tezliklərdən istifadə edirik. Məsəl üçün, gün saatlarında 14 MHz-də olan radio siqnalları ionosfer qatından əks olunur. Bu dalğalar, deyək, kosmosdan gələn dalğaları əks edir yerə. Düzdür. Yox, yox, yox, yox. Biz göndəririk, həvəskar olaraq. Mən evimdə qoşuram, vericimi, mikrofon tuturam, danışıram, antenim baxır kosmosa, ionosferə doğru, yer, yəni kosmos istiqamətində. Amma ionosferi keçib getmir o siqnal. Harasa əks edir onu. Yerə əks edir. Bəli. Uzaq məsafə rabitəsidir bu. Mən evdə otururam, ola bilər ki, indi sənə fantastik gəlir. Bir qəbuledici kimi istifadə edirsən. Pekin məqsədi nədir? Əks etmək deyil. Həmin şeydir. Və peyklər olmayan dövrdə, mən bunu istəyirəm ki, peyklərə yavaş-yavaş keçid edək. Peyklər olmayan vaxtda, bu gün siz Amerika ilə necə rabitə qurursunuz? Peyk vasitəsilə, peyklər vasitəsilə məsələn ya da başqa ölkələrlə peyklər vasitəsilə. Bunun alternativi yox idimi? Var idi. Peyklər yox idi. İstifadə olunmurdu. Amma ionosfer var idi və var. Bəli. Bəli. Təbii bir peykdir. Və təsəvvür elə, mənim videolar var, özün inanmasan, yəni YouTubedan girib baxarsan ya digər platformalarda paylaşmışam. Yerləşdirəcəm linki. Hə. Ordan baxın, mənim videolarım var, siz videoların birində Omanla danışıram. Videonun birində görəcəksiniz Qətərlə danışıram. Birində İtaliya ilə danışıram. Birində Amerika ilə danışıram, Rusiya ilə danışıram. Dünyanın bütün ölkələri, Yaponiya, danışıram. İonosferin hesabına, Xırdalanda mən oturub, yerimi də dedim, Xırdalanda oturub antenimi, vericimi qoşuram, mikrofonu götürüb danışıram. Anında heç bir gecikmə olmadan, peksiz, birbaşa olaraq siqnalı göndərəm ionosferə. Ordan əks olunur, gedir, çatır Avropaya. Günün saatından asılı olaraq dəyişir. Gecəyə doğru məsələn, bəzi tezliklər, tutaq ki, daha sındırma bucağı var. İonosfer, bəzi saatlarda daha iti sındırır. Yaxın məsafələrə düşür. Getdikcə daha uzağa sındırır. Və mən burdan göndərdiyim şüa, radiodalğa gedir məsələn Amerikaya, bu tərəfdən Yaponiyaya doğru gedib çata bilir radio dalğaları. Və bu şəkildə radiohəvəskarlar zaten 100 ilə yaxındır ki, bunu istifadə edirlər. Hətta internet yox idi, kompüter yox idi. Kompüterlər təzə çıxan vaxtlar deyək, amma internet olmayan vaxtlar olub da. İnternet olmayan vaxtlarda belə radiohəvəskarlar bir-biri ilə bu vasitə ilə qlobal miqyasda rabitə keçirirdilər. Bir-birinə şəkillər göndərə bilirdilər. Məsələn, SSTV deyilən bir texnologiya var. Öz aranızda necə danışırsınız? Ordan ionosferlə bir dənə şəkil göndər, gəlsin. Biz də yəni botsofda zada göndəririk. O maraqlı sualdır əslində. Spektr və bizim özümüzün məsələn 14 MHz-dən 1435 MHz-ə qədər olan aralıqda bölünüb. Deyirik ki, məsələn bura rəqəmsal rabitə üçündür. Bura SSTV üçündür. Bura yəni sən SSTV ilə şəkil göndərmək istəyirsənsə, gedib o tezlikdə göndərirsən, çalışırsan. Başqa yerdə də göndərsən, sənə heç nə deməyəcəklər. Amma ənənəvi olaraq ordan istifadə edirik. SSTV deyilən bir var. Slow scan television. Deməli, Apollo missiyalarında Ayın şəkillərini SSTV texnologiyasından yerə göndəriblər. Bu bununla da bağlı mənim videolarım var. Və elə hal-hazırda da maraqlı bir faktdır. Hal-hazırda da İkinci Dünya Müharibəsinin bitməsi münasibətilə, Qələbə günü münasibətilə, mayın 5-indən mayın 12-inə qədər Beynəlxalq Kosmik Stansiyadan bu tədbir çərçivəsində davamlı olaraq yerə SSTV siqnalları göndərilir. Slow scan televizion siqnalları göndərilir. Sən onu tuta bilsən, tut, tuta bilməsən də. Tutmuşam da. Mənim hardasa bir yeddi-səkkiz dənə diplomum var bununla əlaqəli olaraq. Mən həvəskaram. Xüsusilə SSTV mənim ən sevdiyim bir protokoldur və hər dəfə SSTV Beynəlxalq Kosmik Stansiyadan müəyyən tədbirlər məqsədilə SSTV siqnalları yayılandanda – Yeni il münasibətilə olur, Radio günü münasibətilə olur, Kosmosda ilk insanlı missiya münasibətilə olur, nə bilim və sair müxtəlif məqsədlər. O da elmi tədqiqatlar üçün istifadə olunur. Mən qəbul edirəm o şəkildə. Sonra report edirəm, onların saytı var ora və eyni zamanda da ISS-dən gələn siqnalı eşitdiyim üçün, eşitdiyimi də report edirəm ki, digər insanlar da həm o texnologiyadan istifadə edən onların sahibi, həm də digər insanlar da mənim report, bizim reportlarımız əsasında onun fəaliyyətdə olduğunu, hələ də eşidildiyini, işlədiyini görürlər. HF-i dedim, yerdən, ionosferdən əks oluna bilir deyə siqnalımızı uzaq məsafələrə göndərə bilirik. Amma üzü yuxarı olan tezlik, VHF tezliyi elə bir şeydir ki, o ionosfer təbəqəsini deşib şeyə keçə bilir, kosmosa gedə bilir. Ona görə də Beynəlxalq Kosmik Stansiyaya və digər peyklərlə rabitə keçirmək üçün VHF diapazonundan, UHF diapazonundan, SHF diapazonlarından istifadə edər. O çünki o ionosferdən əks olunmur. İonosferi keçir. Elə bir dənə tez burda araya bir dənə də salıram. Hətta radiohəvəskarlar bir az belə yenə deyirəm də, kimi də baxa bilərsiz. Boş dayanmırlar. Earth-Moon-Earth, yəni yer-ay-yer, tərsinə dedim, e-m-e, yəni yer-ay-yer, hə, yerdən aya, təsəvvür eləyin ki, mən xüsusi antenləri hazırlayıram, mən deyəndə yəni radiohəvəskarlar təmsilən, radio antenlərimi tuturam aya, bəli, siqnalı aya əks olunur, yerə və dünyanın başqa bir nöqtəsində yenə başqa bir radiohəvəskar o siqnalı qəbul edir. Yəni yer-ay-yer rabitəsi kimi istifadə edirsən. IP kimi istifadə edirik. Əks edə bilir çünki o da siqnalları. Başqa bir az da fantastik bir deyim. Samalyot keçir, təyyarə keçir. Təyyarənin gövdəsini əks edici kimi istifadə edirsən. Antenə tutursan təyyarənin gövdəsinə. Sən də başqa bir nöqtədən o təyyarəyə tərəf tutursan və mən radio siqnal göndərim və sən onu qəbul edirsən. Sən göndərsən, mən qəbul edirəm. Məntiqlə Amerikada yaşayan bir adama təyyarəni ikimiz də birdən görə bilməyəcəyimiz üçün mümkün olm... bir dənə fotonu Ay üzərindən göndərə bilirəm. Bəli, bəli, göndərə bilirik. Heç Ay üzərindən ehtiyac yoxdur ki, ionosferdən də gəl, mən Aydan göndərmək istəyir

Almaq üçün mütləq ki, radiohəvəskar qurumun məqsədi oldu. Bəli. Eyni qurumun məqsədi odur və bir radiohəvəskar təmsil edirsiniz Azərbaycandan. Başqa ölkələrdə də başqa ölkə radiohəvəskarları. Müraciət edirik, yazışmalar gedir onlarla. Onlar əmin olmalıdırlar ki, biz hazırlıqlıyıq. Texniki olaraq, maddi-texniki baza olaraq biz hazırlıqlıyıq, elmi tərəfdən, elmi bacarıqlarımız yetərlidirmi biz o rabitəni qurmağa? Yoxsa təsəvvür elə ki, deyirik hazırıq, hazırıq deyirik, amma gəlir, keçir, nə qədər eləyirik, çağırıq-çağırıq, cavab vermir, tuta bilmirsən. Hə, iki dəfə bunu həyata keçirmişik; birində eləmişik Avropa Liseyində, Ağşəhərdə; birində eləmişik Əhməd Cəmil Cəlbil tərəfdə, Xəzər Universitetinin Dünya Məktəbində. Birinci. Və orda maraqlı nüanslardan biri: nə qədər məqsəd nədir? Şagirdlər bir-bir o kosmonavta suallar verirlər. O da ordan sizə cavablandırır. Bu şəkildə bir dialoq qurulur. Elmi, texniki və ya orda necə yaşayırsınız, nə edirsiniz kimi belə müxtəlif suallar olur, uşaqlar tərəfindən verilir.

Mən əvvəlcə rabitəyə çıxıram, mən danışıram, rabitəni qururam, hər şey qaydasındadırsa, salamlaşıram. Hər şey qaydasındadırsa, mikrofonu ötürürəm. Uşaqlara bir-bir növbəyə; uşaqlar tez-tez suallarını verirlər. Kosmonavtla əlaqədə olurlar. Bəli. Məncə, bu burda bunu qeyd eləmək istəyirəm ki, məncə bu çox vacib bir şeydir. Təsəvvür elə ki, orta məktəb yaşlarını təsəvvür elə sən. Sən də Gəncədə də olub böyümüşsən məncə. Hə. Təsəvvür elə ki, hansı məktəb idi? İki nömrəli. İki nömrəli. Mən də 46-da. Gəncədəsən, təsəvvür elə və məktəbdə oxuyursan. Səkkizinci sinifdə oxuyursan məsəl üçün. Və sən məktəbdə radionu götürüb mikrofonla birbaşa canlı olaraq kosmonavtla danışırsan. Bunu unuda bilərsən sən? Yox. O uşaq nə qədər həvəslənəcəkdir. Bəli. Və ömür boyu mən öz övladlarıma da danışaram ki, mən filan kosmonavtla danışmışam. Məsələn, ikincidə Suita Williamsdan danışmışdıq. Birincidə adı yadımdan çıxdı. İnternetdə baxsanız görəcəksiz. Danimarkalı bir kosmonavt idi. Yəni çox maraqlı, uşaqlar üçün həyatında iz qoya biləcək bir tədbirdir bu əslində. Və burda bizim üçün də maraqlı nədir? Böyük bir təcrübədir. Düzdür, mən o günə qədər radio, kosmik stansiyaya müxtəlif təcrübələr aparmışam. Ordan SSR siqnalları qəbul eləmişəm, repetitorla kimləsə danışmışam.

Olaraq, yəni avadanlıq olaraq maraq bunu az-azmı tutur, o dataları sizə verir, yoxsa siz öz… yox, bu tamamilə… bax, burda iki variantımız var; yəni radiohəvəskar olmalısan, belə başa düşməlisən; mütləq, mütləq və sənin avadanlıqların olmalıdır və bacarıqların olmalıdır. O bacarıqların yoxdursa, o rabitə… çünki Beynəlxalq Kosmik Stansiyanın sənin üzərindən keçərkən ən yaxşı halda 10 dəqiqə vaxtın var, ən yaxşı halda belə də, ortalama beş-altı dəqiqə vaxtın var o rabitə üçün. Yoxsa dayanır orda, demir: “Azərbaycandan gəl, bir az tez elə, bunlarla danışaq, sonra gedək”. Yol, o davam edir. Bəli, o davam edir, tutdun, tutdun, tutmadın, getdi. Ola bilər o əvvəlcədən də biz elan edirik onu, deyirik. Ola bilər orda hansısa bir texniki problem olsa, olsun. Ola bilər burda hansısa bir texniki problem olsun. Ola bilər həmin vaxt kosmonavtın başqa bir, məsəl üçün də, təcili bir missiyası olsun, ki, olsun. O, hər bir şey ola bilər. Amma mənim üçün də şəxsən çox həyəcanverici idi. Çünki təsəvvür elə: məktəb şagirdləri toplaşıb ora. Mediadan çəkiliş var. Müəllim heyəti, valideyn heyəti, hamısı yığışıb. Stresli işdir əslində. Ordan keçir. Alınmasaydı, uğursuz olsaydı, mənim üçün böyük bir xəyal qırıqlığı olardı. Amma mən digər tərəfdən də bilirəm ki, bu texniki bir şeydir də. Yəni hər şey ola bilər burda. Birincidə dəqiq yadımda deyil. 10 civarı sual çatdırdıq. Orda belə deyək də, nə qədər yaxşı olduğunu göstərən odur ki, neçə sual verib cavab aldın? Hə, ölçü vahidi deyək. Ölçü vahidi deyək odur. Neçə sual verib, neçə cavab ala bildin? Birincidə 10 civarı bir idi, sual biz çatdıra bildik. İkincidə, birincidən qazandığımız təcrübə əsasında çox qəşəng alındı, yüksək səviyyədə. Onun YouTube videosu, YouTubeda məndə var. Daha doğrusu Azərbaycan Radiohəvəskarlar Cəmiyyətinin YouTube kanalı var, ordan baxa bilərsiz. Başdan-sona qədər Azərkosmosun əməkdaşı orda kosmosla bağlı məlumatlar verir. Sonra mən antenlərdən çıxır, xətdə uşaqlarla bir yerdə, kəşfiyyatda quraşdırdığımız, damda quraşdırdığımız antenləri izah edirik. Uşaqlar orda baxırlar necə orda antenni biz effektiv rabitə üçün hərəkət etdiririk. Yəni deyək ki, kosmik stansiyanı izləyirik. Onunla, onun sürətinə bərabər şəkildə, yəni izləyirik ki, daha effektiv olsun rabitə. 17 sual çatdırdıq, təxminən 20 sual. 20 sual idi, səhv eləmirsəmsə, bunun 17-sini çatdırdıq biz. Bu çox yaxşı bir göstəricidir, rəqəm. Hə. Və burda bir maraqlı bir nüansı qeyd eləmək istəyirəm. Kosmik stansiyə, kosmonavtla danışmağın uşaqlarla bir yerdə… bu tədbirin iki variantı, burda rabitənin iki variantı var. Bir: öz radioavadanlıqların olacaq, öz antenin olacaq, öz bacarığın əsasında birbaşa öz rabitəni quracaqsan. İki: telebridge istifadə edəcəksən. Telebridge nədir? Bu xidməti göstərən təşkilatdır. Təsəvvür elə ki, sənin üzərindən keçmir kosmik stansiya heç həmin gün. Amma məsələn, İtaliya üzərindən keçir və İtaliyada bir telebridge var. Sən qoşulursan məktəbdən şeyə, internet vasitəsilə İtaliyadakı telebridgeə, telekörpüyə. Amma bu o qədər zövqlü olmaz. Sağ ol. Mən şəxsən ondan heç bir zövq almaram. Yəni təsəvvür elə ki, burdan qoşulursan İtaliyaya, bütün o həlledici, texniki həlləri onlar təmin edir. Siz birinci variantı qoşuldunuz. İkisini də, ikisində də öz variantımızdan istifadə elədik. Və mənim üçün şəxsən bu əvəzolunmaz bir hiss idi ki, bunu özümüz bacardıq. Özü də çox gözəl şəkildə bacardıq. İkisində də qüsursuz, ikincisi də lap əla oldu. İndi videolara baxa bilərsiz özünüz. Və bunu davamlı olaraq eləmək mümkündür. Yəni dünyada, bir digər ölkələrdə də məktəblərdə davamlı olaraq bunu təşkil edirlər. Kosmonavtlarla şagirdlər arasında körpü yaradırlar ki, bu elmi-texniki sahəyə marağı oyatmaq üçün.

Okey. Elgün, belə bir termin var, anlayış var: elektromaqnit çirklilik. Yəni bunu bir az aydınlaşdırmaq istəyirəm. Burda nəzərdə tutulur? Tam olaraq çox vacib və ağrılı mövzularından biridir: elektromaqnit çirklilik. Elektromaqnit dalğaların istifadə etdiyiniz cihazlara başqa elektromaqnit dalğalarının təsiri, mənfi təsiri elektromaqnit çirklilik dediyimiz əslində budur. Yəni məsələn, sənin mikrofonun. Mikrofon. Sən mikrofonda danışırsan, amma sonra sən məsələn fasilədə dinləyirdin ki, görüm səs necədir. Amma sən səsi dinləyərkən orda başqa nə ola bilərdi? Məsəl üçün, zııı səs gələ bilərdi. Bu elektromaqnit çirklilik deməkdir. Məsələn, hardan qaynaqlana bilər? Bu təbiətin çirkləndirilməsi filan deyil. Xeyr. Xeyr. Təbiətin öz küyü var. Bəli. Kosmik elektromaqnit dalğaları var. Amma o elə bir deyil. Bəli. Bəli. İstisna hallarda, günəş fırtınalarında filan o cihazlara təsiri var. Düzdür, amma o nadir halda olan bir şeydir. Amma insanların özlərinin yaratdığı ciddi bir elektromaqnit çirklilik var. Bir də işıq çirkliliyi anlayışı da var. O daha çox teleskopla müşahidə edənlər üçün olan bir termindir. Amma bizdə elektromaqnit çirklilik biz deyəndə, yəni radiohəvəskarlıqdan getmir. Burda sənin mikrofonunda da bu ola bilər. Bu hardan qaynaqlana bilər? Məsələn, orda kondisioner işləyir və kondisionerin asinxron mühərriki var ya da invertor mühərriki var. O invertor mühərriki işləyərkən ətrafa elektromaqnit dalğaları yayır. O yayılan dalğalar da sənin mikrofonunun kabeli tərəfindən qəbul olunur və düşür kompüterin yaddaşına. Eşidirsən orda zııı… o səsi eşitməyə başlayırsan. Biz bir çox insanın bu elektromaqnetik çirklilikdən ümumiyyətlə xəbəri yoxdur. Bunu daha çox mühəndislər görür. Xüsusilə də biz radiohəvəskar olaraq onları çox yaxşı görürük. Məsələn, bax, qonşu otağın, hansısa otağın, ayaqyolunun işığını yandıranda mən onu evdə hiss edirəm. Niyə? Evin o qədər ağadan durmuşsan, hiss edəsən. Radiostansiyanı qoşuram və efirdəyəm. Hansı? Məsəl üçün, Avropanın danışıram efirdə. İşığı söndür, danışa bilmirəm. Ay sağ ol. Hə. Bir də görürsən ki, efirdə onsuz da bizdə “k” deyilən bir var. Noise, o danışanın səsi ilə bir yerdə küy müşayiət olunur deyə səs gəlmiş. Bəli. Bir mərhələdə görürsən ki, səs gəlməyə başlayır. Yəni danışan adamın səsi “q” altında qalır. “Q” səviyyəsi o qədər yuxarı qalxır ki, danışan adamın səsini eşitmirəsən artıq. Və bilirsən ki, bu təbii küy deyil. Qonşulardan gələn küydür. Bizdə də şükür Allaha, binalar da yaxın-yaxına, nə qədər mənzil var. Və orda qonşu məsələn hansısa otağın işığını yandıranda ordan gəldi. Deyə bilərsən ki, işığın nə dəxli var bu söhbətə? Yəni işığı yandıranda niyə gəldi? Mən niyə işığı misal çəkdim? Çünki hal-hazırda mən deyim ki, Azərbaycanda ən çox elektromaqnit çirklənmişdir. Mən bunu öz təcrübəm əsasında deyirəm, səhv də demiş ola bilərəm. Yəni, amma öz təcrübəmə əsasən vurğulayıram bunu. Ən çox parazit mənbələri, küy mənbələri, yəni işıqdadır. Çirklilik yaradan LED işıqların, LED-LED işıqların özü yox, LED işıqların qida bloklardır. Qida bloklar, reklam, reklam küçələrdə. Məsələn, məndə maşında da radiostansiya var. Küçə işıqları, küçə reklamları və sair. Yolla gedirəm mən. Radonu ayarlayıram. Yol boyu eşidirəm. Birincisi, S-metr var məndə, siqnalın səviyyəsini göstərir. Baxıram ki, şəhərdən qırağa çıxdıqca S-metr düşür aşağı. Tər-təmiz, hər şey qaydasındadır. Hər bir radiohəvəskar istəyir ki, dağın başında tək yaşadığı bir ev olsun. Amma şəhər içində o yüksəkdir. Şəhər içində bir də baxırsan ki, bir yerdən keçirsən, səslər gəlməyə başlayır dinamikdən. Və yaxud da ki, eşidilmir, amma bilirsən ki, var; siqnal metr göstərir orda. Danışan adamın səsi, zəif siqnal gələndə, mən onu eşidə bilmirəm. Bu, bunu biz çox aydın şəkildə hiss edirik. Bu elektromaqnit çirklidir. Biz aydın şəkildə hiss edirik. Və mən evdə istifadə etdiyim qida bloklarna baxsam, mən bütün otaqların işıqlarını xüsusi olaraq seçirəm. Digər radiohəvəskarlara da aiddir bu. Təsəvvür elə ki, öz evimin içindən parazit ola bilər. Qoşuram radiostansiyanı, dinləyirəm. Efiri dinləyirəm. Orda məsələn, kim uşaq getdi, hamamın işığını yandıran kimi bir də görürəm, eşitməyə başlayıram. Onun dərdindən gedirəm, məsələn getmişəm, olub. Həqiqətən də getmişəm, hamının işıqlarının, qida bloklarının dəyişmişəm. Axtarıb yaxşısını tapıb, bahalısını tapıb alıb qoymuşam, küy verməsin. Amma qonşunununkını da gedib dəyişmirsən axı. O, biraz hansıyla gəlir, o Allah bilir. O küy, o çətin məsələdir. Təsəvvür elə, gedib qonşuya bunu izah eləməyə çalışırsan ki, mən yox, Beynəlxalq Kosmik Stansiya ilə əlaqə quracam. Bir dənə işığın qida bloku öndəşək. Adamı qovurlar. Nə danışırsan? Bir dostum var, radiohəvəskar dostum. Fərid, 4 kilo y Romeo Foxort… o, onun arzularından biri budur ki, şəhərdə hər yerdə işıqlar bir dəfə sönəyə, tamam olsun. Hə. Gör, bir ölçüm deyir, görüm nə qədər təmiz olacaq efir. Yəni o fərqi görüm, işıqlarını tamam. Akkumulatordan qoşum, görüm necə olacaq efir və mən onu görürəm. Məsələn, gedirsən rayona, tutaq ki, mən Gədəbəyə gedirəm. Bir dəfə təsəvvür elə, Gədəbəydə getmişəm. Radiostansiyanı qoşmuşam, anteni qoşmuşam. Sahədə də tədqiqatlar aparırıq. Bəli. Təsəvvür elə ki, radiostansiyadan səs elə zəif gəlir ki, efirin küyünün səsi çox zəif gəlir. Narahat oldum. Dedim ki, yəqin ki, mən bunu daşıyarkən radiostansiya xarab olub. İş o gəldi ki, mən radiostansiyanı sökmüşəm ki, bunun səsi niyə belə zəif gəlir? Danışanın səsi yox ha, efirin küyünün səsi. Fikirləşdim ki, radiostansiya xarab olub. Amma çirk var imiş hardasa. Yox imiş. Bən imiş. Gədəbəydə, dağın başındayam. Dağın başında nə çirklilik olacaq? Elə cihaz yox, bir yox ətrafda. Yəni “Q” səviyyəsi çox aşağıdır. Onu deyirəm. “Q” səviyyəsi aşağı. Hə, küy səviyyəsi çox aşağı. Dinamikdən səs… normalda radiostansiyanı qoşsan, fış səs gəlir ora. Amma qoşuram, görürəm dinamikdən belə sakit səs gəlir. Şoka düşmüşəm ki, bu nədir belə. Cihazı sökmüşəm, dağıtmışam ki, bunun nəyisə xarab olub deyəsən. Sonra yerinə yığdım. Bir dostumuz var Kürdəmirdə. Salamlayıram ağsaqqalımız Fərhad müəllim. Bəli. 4 kilo 3 m. Fərhad müəllim qəşəng kodları var. Amma özü belə deyir daha çox 4 kilo üç. Mexiko. O ondan xahiş elədim. Dedim ki, bilirəm yaxın keçid yoxdur həmin vaxtda. Dedim: “Fərhad müəllim, danışa bilərsizmi? Mən Gədəbəydəyəm, dinləyim, görüm səsiniz necə-necə gəlir.” Normalda mümkün deyildi bir-birimizi eşidək ki, zatən o məni eşitmirdi, mən onu eşidirdim. Onun tərəfində küy çox idi. Və mən eşitdim ki, Fərhad müəllimin səsi normal, başa düşülən şəkildə gəlir. Ondan sonra başa düşdüm ki, problem şeydə deyil, mən öyrəşmişəm şəhərin içində elektromaqnit çirkliliyin içində. Şəhər kənarına çıxanda belə olmağı normaldır. Belə deyə bilərikmi ki, yəni o, necə ki, təbiət həmişə təmizdir. Bir təmiz hava almaq üçün gedirik rayonlara, belə yerlərə. Bu elektromaqnit dalğalarda da, yəni texnologiya tərəfində də, səndə meylin imiş ki, həmin bölgələr daha təmizdir. Yəni bax, tamamilə doğru, məncə bu insan faktoru ilə bağlı. Yəni insanlar təbiəti məhv edir. Bax, orda sənin suallarından biri var idi. Ağıllı şəhərlərdə elektromaqnit çirkliliklə bağlı bir sualım var idi. Ağıllı şəhər çoxlu cihaz deməkdir. Hər cihaz ətrafa elektromaqnit dalğaları yayır. Sənin kameran da yayır, o da yayır, bu da yayır. Amma bunun bir standartı var. Necə insan sağlamlığına standartlardan danışdıq. Onun da bir standartı var. Standartı elektromaqnit interferensiyadır. Elektromaqnit interferensiya hədləri var. Yəni ümumiyyətlə mühəndislikdə belə bir anlayış var. Elə cihaz düzəltməlisən ki, ətrafa elektromaqnit interferensiya yaymasın. Eyni zamanda elə cihaz düzəltməlisən ki, interferensiyalardan da təsirlənməsin. İki tərəfli. Amma bu gün ölkəyə idxal olunan bir çox cihaz, ucuz qida bloklar, ucuz LED spotlar, işıqlar və ya ucuz telefon adaptorları, bunlar hamısı ətrafa… mən bununla da bağlı bir videom var. TikTokda deyəsən paylaşmışam, yerləşdirəcəm bütün videoları, istifadəçi… o elektromaqnit interferensiya… mən indi mən bir az danışdım, özümündən danışdım ki, mənə təsir edir, mənə təsir etmir ha. Sizin sistemlərə də… WiFi şəbəkəsinin zəifləməyi deyirsən; WiFi yaxşı tutmur, səbəbi çox ola bilər. Elektromaqnit interferensiya ola bilər ətrafdan. Mobil şə… bilirsiniz bəs, mobil… Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları bunu da ölçürlər, monitorinqini apar… monitorinqini aparırlar. Bəli, məsəl üçün, baza… mobil şəbəkə yaxşı tutmur, avadanlığı quraşdırıblar, hər şey qaydasında, daha doğrusu sistem işləyir, amma nədirsə, rabitə düzgün şəkildə qurulmur. Niyə? Sən demək, qıraqda bir generator işləyir ya da nə bilim, kimsə nəsə bir hansısa bir qeyri-standart cihaz qoşub, ondan qaynaqlanan interferensiya olur. O, bütün cihazların işinə təsir göstərir. Ağıllı şəhərlərdə də yaxşı cihazlardan istifadə eləsələr, keyfiyyətli cihazlardan istifadə eləsələr, çirklilik səviyyəsi standarta uyğun olacaq. Amma və keyfiyyət… ucuz və keyfiyyətsiz cihazlardan istifadə olunsa, o elektromaqnit çirklilik ətrafı bürüyəcək. Təşəkkür edirəm, Elgün. Məncə, kifayət qədər aydın informasiya çatdırdıq və izləyicilər üçün də maraqlı oldu. Və hətta bu yayımı bir neçə saat da davam etmək olardı. Danışılacaq çox mövzular. Hətta suallarımın çoxunu verə bilmədim. Amma hələlik burda dayandıraq və ümid edirəm ki, növbəti dəfələrdə də bizim qonağımız olarsan. Təşəkkür edirəm gəldiyin üçün. Azərbaycan Ekskluziv təqdimatında izlədiniz. Davamlı olun. Bir bit, söhbətdə maraqlı buraxılışlarımız olacaq. Hələlik olarsan. Təşəkkür edirəm gəldiyin üçün. Azərbaycan təqdimatında…